Müğənni Üzeyir Mehdizadə restoranlardan birində çıxış edərkən çətin anlar yaşayıb.
Metbuat.az xəbər verir ki, Mehdizadə səhnədə olarkən fanatlarından biri anidən onu qucaqlayıb və sevincdən ağlamağa başlayıb. Pərəstişkarının qəfil addımı Üzeyirə çətin anlar yaşadıb. Mühafizəçilər tərəfindən fanat səhnədən endirilib.
Bu görüntüləri sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.