Asim Mollazadə: "Gümrüdə baş verənlər müstəqilliyini itirmiş və alçalmış millətin qəzəbidir"

Asim Mollazadə: "Gümrüdə baş verənlər müstəqilliyini itirmiş və alçalmış millətin qəzəbidir"
14:04 19 Yanvar 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+

 

“İstənilən müstəmləkədə belə hadisələr baş verə bilər və biz düşünmürük ki, bu hadisələrin baş verməsini Rusiya ilə Ermənistan arasında gərginlik kimi qiymətləndirməlidir”.

Bunu Lent.az-a millət vəkili Asim Mollazadə Gümrüdə 6 nəfərlik erməni ailəsini gülləyən rus əsgərinə etiraz olaraq  Rusiya əleyhinə başlanan etiraz aksiyalarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiyanın hərbi bazasına çevrilən Ermənistanda istənilən vaxt bu cür hadisələr ola bilər: “Ermənilərin bu davranışının əsas səbəbi müstəqilliyini itirmiş və alçalmış millətin qəzəbidir. Bu gün Ermənistanı idarə edənlər “kalaşnikov” siyasətini həyata keçirirlər. Ermənistanın öz rəhbərliyi mütəmadı olaraq erməniləri qətlə yetirməklə rus əsgərindən daha böyük cinayətlərə əl atır" . 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190786

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR