Bakı, 3 iyun, AZƏRTAC
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və “İB Club”un maliyyə dəstəyi ilə reallaşan “Karyera A-dan Z-yə” kitabının təqdimatı keçiriləcək.
Fonddan AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi gənclərin peşəkar inkişaf yolunda ehtiyac duyduqları bütün məlumatları ana dilimizdə rahatlıqla əldə edə bilmələrinə yardımçı olmaqdır.
Kitabın müəllifləri təcrübəli təlimçi-instruktor Toğrul Ələkbər və gənc araşdırmaçı jurnalist İlahə Orucovadır.
“Karyera A-dan Z-yə” fərdi inkişaf sahəsində Azərbaycan dilində çap edilmiş nadir kitablardan olaraq “kitab-təlim” formatında yazılıb və oxucu ilə birbaşa ünsiyyətdə olur. Bu kitab faydalı məlumatlarla yanaşı, oxuculara məlumatları daha yaxşı mənimsəmək üçün tapşırıqlar da təqdim edir.