"Belə hallarda bu vəhşiləri edam etmək lazımdır"

Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarov idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölüb. Bununla bağlı videogörüntü bir neçə gündür sosial şəbəkədə yayılıb. Bir çox sənət adamları da görüntüyə reaksiya verərək, onla bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, azyaşlının ölümü ilə bağlı paylaşım edənlərdən biri də rəqqasə-aktrisa Oksana Rəsulova olub. Oksana videoya baxarkən pis olduğunu bu sözlərlə ifadə edib:

"Uşağa qarşı şiddət, zorakılıq və qətil eşidəndə, görəndə bunu edən vəhşilərə ölüm arzu edirəm. Yavaş-yavaş, əzablı, iztirablı, incidən ölüm. Belə hallarda bu vəhşiləri edam etmək lazımdır. Uşaq qatillərini edam etmək lazımdır. Əfsus ki, bizdə bu, yoxdur. Onu Allaha tapşırıram. Yarəbbim, o insanı cəzalandır. Mən özümə iki gündür gələ bilmirəm. O uşaq hər bir ananın balası idi. Bir ana kimi sizə yalvarıram, o vəhşiyə ən ağır cəzanı verin. Çox şey yazardım, yaza bilmirəm, boğuluram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR