Xalq artisti Tünzalə Ağayeva və müğənni Nəsimi Məmmədovun birgə ifa etdiyi “Sənin üçün doğulmuşam” mahnısı dinləyicilərin böyük marağına səbəb olub.

Metbuat.az xəbər verir ki, təqdim olunduqdan sonra qısa müddətdə populyarlıq qazanan duetə çəkilən klip “YouTube” platformasında 2 milyon baxış sayını ötüb.

Mahnı sosial şəbəkələrdə də geniş yayılıb. Minlərlə istifadəçi bəstənin sədaları altında video çəkərək öz səhifələrində paylaşıb. Bu da duetin qısa zamanda geniş auditoriyanın diqqətini cəlb etdiyini göstərir.

Qeyd edək ki, mahnının musiqisi Fərid Kərimliyə, sözləri isə Tural Xaniyə məxsusdur.