İtaliyanın “Napoli” klubu “Qalatasaray”ın braziliyalı futbolçusu Qabriel Sarayı transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, Neapol təmsilçisi mövsümün fasiləsində yarımmüdafiə xəttini gücləndirmək istəyir. “Il Mattino” nəşrinin məlumatına görə, “Qalatasaray” braziliyalı futbolçu üçün 25 milyon avro tələb edir. Məlumata görə, İngiltərənin “Everton” və “Lids Yunayted” klubları da futbolçu ilə maraqlanır.

Qeyd edək ki, Qabriel Saranın klubla müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.