Göyçay rayonunda təbii qaz təchizatında fasilə yaranacaq.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 13.11.2026-cı il tarixində səhər saat 09:00-dan axşam saat 18:00-dək təbii qaz xətlərində aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq Göyçay şəhəri ərazisində və rayonun Potu, Kürd, Üngütlü, Ulaşlı Şıxlı kəndlərinin mavi yanacaqla təchizatında fasilə yaranacaq.