“Qarabağ”da 350 min manatlıq anlaşma

Ölkəmizi avrokuboklarda təmsil edəcək “Qarabağ” müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçularla danışıqları davam etdirir.

Metbuat.az-ın Oxu.az-a istinadən məlumatına görə, Riçard Almeydadan sonra Bədavi Hüseynovla da razılıq əldə edilib. Ağdam təmsilçisi 31 yaşlı müdafiəçi ilə 2 illik yeni müqavilə imzalayacaq. Sözləşmənin şərtlərinə görə, futbolçu illik 350 min manat gəlir əldə edəcək.

Qeyd edək ki, Bədavi Hüseynov 2012-ci ildən “atlılar”ın formasını geyinir və 8 dəfə Azərbaycan çempionu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR