"Yaşadığım niskilin dərəcəsini sorğu-sual etdiyim yerə geldim" - İradə İbarahimova

Müğənni İradə İbarahimova Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyabanda olub.

Metbuat.az xəbər verir ki, o, bununla bağlı sosial media hesabında paylaşım edib.

"Hər addımımda yaxınlaşdıqca nitqimin tutulduğunu, qanımın çəkildiyini, sözlərin, təsəllinin mənasızlaşdığını, ”Yaşamamısan haradan biləcəksən ki”,”Sən heç yetim, ərsiz, atasız qaldın?” dediyimi, vicdanımı, yaşadığım niskilin dərəcəsini sorğu-sual etdiyim yerə gəldim. İradə, o zaman "sus" dedim. Savm-ı samt (susmaq orucu) dedim. Oruc dediyimiz sadəcə yemək-içməkdən uzaq durmaq deyil. Allah adına lazımi yerlərdə lazım olduğu qədər susmaqdır. Susmaq iç dünyanla danışmamaq da deyil, əksinə içinlə söhbət etmək üçün çöl ilə əlaqəni kəsməkdir. Hər ziyarətimi ölməmə günləri olaraq qeyd edirəm" deyə, İradə yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR