Ekspertdən vacib xəbərdarlıq: Belə əmlak almayın

"Etibarnamə yolu ilə əmlak almamağa çalışın. Bu həm çıxarışlı, həm də çıxarışsız mənzillərə şamil olunur".

Metbuat.az xəbər verir ki, bunu əmlak eksperti Elnur Fərzəliyev bildirib. Ekspert deyir ki, əgər vətəndaş hər hansısa bir əmlakı etibarnamə yolu ilə almaq məcburiyyətində qalarsa, mütləq həmin etibarnamə Azərbaycan notariuslarında verilməlidir.

"Paytaxtın Baş Planının hazırlanmasına mane olanlar var" -

"Vətəndaş etibarnamə ilə əmlak almaq məcburiyyətində qalarsa, həmin əmlakın sahibinin kimliyi ilə bağlı kiçik bir araşdırma aparmalıdır. Qonşulardan, bələdiyyədən, sahə müvəkkili və sair aidiyyatı qurumlardan maraqlanmaq lazımdır. Vətəndaşlara tövsiyyə edilir ki, əmlakın sahibi ilə birbaşa təmasa keçməmiş, onun satışla bağlı fikrini öyrənməmiş etibarnamə ilə alqı-satqı etməsinlər. Xarici ölkələrdən, xüsusəndə Rusiyadan satış üçün göndərilmiş etibarnamələrdən isə ehtiyatlı olsunlar”.

Ekspert qeyd edib ki, etibarnamə yolu ilə əmlakın satılması qanuni olsa da, hazırkı vəziyyətdə məsləhət deyil.

Mövzuya münasibət bildirən hüquqşünas Rövşən Qasımov isə xatırladıb ki, etibarnamə alınan əmlaka heç bir sahiblik hüququ vermir. Etibarnamə verən şəxs həmin sənədi istədiyi vaxt qarşı tərəfə məlumat vermədən ləğv edə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR