"Əhali daşqın riski olan ərazilərdən köçürülməlidir" - EKSPERT

Bir neçə həftədir ki, Azərbaycanın müxtəlif regionlarında yağıntılar nəticəsində çayların daşmasının və sel əmələ gəlməsinin şahidi oluruq. Bəs bu, ilin indiki dövrü üçün normal haldırmı? Bu təbiət hadisəsindən gələcək ziyanın qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Metbuat.az mövzu ilə bağlı ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov ilə söhbətləşib. O bildirib ki, daşqın və sellərin olması Böyük Qafqaz və Kiçik Qafqaz regionları üçün normal haldır:

"Hər il bu vaxtı çaylarda gursululuq dövrü baş verir. Bu elə bir dövrdür ki, çaylarda su pik həddə çatır. Bu isə ilk növbədə yağıntılarla bağlıdır.

İlk növbədə struktur təhlükəsizliyə riayət etmək lazımdır. Təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Daşqınlar baş verən çaylarda bəndlər quraşdırılmalıdır. Bəndlər elə yüksək səviyyədə qurulmalıdır ki, ətraf əraziləri su basmasın.

Həmçinin yerli əhali arasında çox ciddi iş aparmaq lazımdır. Hazırlıq səviyyəsinin yüksəldilməsi üçün daşqın sahəsində yaşayan insanlara sms xəbərdarlıqları göndərilməlidir.

Ümumilikdə isə əhali çaya yaxın, yüksək riskli zonalardan köçürülməlidir".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR