"Liverpul"un sahibi Tom Verner baş məşqçi Brendan Rocerslə bir araya gəlib.

Metbuat.az-ın məlumatına görə, onlar "qırmızılar" üçün uğursuz keçən mövsümün yekunlarını dəyərləndiriblər. Görüşün sonunda Vernerin daha bir il Rocerslə çalışmaq istədiyi məlum olub.

"Liverpul" Premyer Liqanın sonuncu turunda "Stok Siti"yə 1:6 hesabı ilə uduzduqdan sonra Rocers klub sahibləri istəyəcəyi təqdirdə komandanı tərk edəcəyini bildirmişdi.