Böhran rubla təsir etdi - Milli valyuta çökdü

Rusiya dövləti ilə “Vaqner” muzdlu dəstəsi arasında baş verən böhrandan sonra rus rublu dollar qarşısında son 15 ayın ən aşağı həddinə çatıb.

Metbuat.az xəbər verir ki, həftənin ilk ticarət günündə rubl dollar qarşısında təxminən 2,1 faiz ucuzlaşıb. Beləliklə, Rusiya rublu 2022-ci ilin martından bəri dollara nisbətdə ən aşağı səviyyəsinə enib. Rusiya bazarının açılmasından sonra rubl itkilərinin bir hissəsini geri qaytarıb.

Qeyd edək ki, rubl bu il dollar qarşısında 14 faizdən çox dəyər itirərək inkişaf etməkdə olan bazarlar arasında ən pis nəticə göstərən valyutalardan biri olub.

“Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. O, Rostov və Voronejdə bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb. Ardınca Belarusun vasitəçiliyi ilə “Vaqner” geri çəkilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR