İran Ermənistana yeni səfir göndərdi

İran Ermənistana yeni səfir təyin edib.

Metbuat.az "Mehr"ə istinadla xəbər verir ki, İranın Suriyadakı əvvəlki səfiri Mehdi Sobhani bu vəzifəyə gətirilib.

M. Sobhani əvvəllər Xarici İşlər Nazirliyinin Strateji Planlaşdırma və Monitorinq İdarəsinin baş direktoru, Pakistanın Kəraçi şəhərində baş konsul, XİN-in Qərbi Asiya departamenti baş direktorunun müavini, Türkmənistan və Ukraynada səfir müavini vəzifələrini tutub.

O, Tehran Universitetində beynəlxalq əlaqələr üzrə doktorluq dərəcəsi alıb və müharibə veteranıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR