FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi - VİDEO

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən "Qızılqum" çimərliyində 2017-ci il təvəllüdlü azyaşlının itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ərazidə xidmət aparan xilasedicilərinə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, məlumatla əlaqədar dərhal axtarışlara cəlb olunan xilasedicilər qısa müddət sonra azyaşlını sağ-salamat taparaq ailə üzvlərinə təhvil veriblər.

"Təəssüflə qeyd olunmalıdır ki, uşaqların xüsusilə çimərliklərdə böyüklər tərəfindən nəzarətsiz qoyulması hallarına tez-tez rast gəlinir. Bu isə arzuolunmaz nəticələrə səbəb ola bilən halların yaranmasına gətirib çıxarır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, çimərlik ərazisində uşaqları nəzarətsiz qoymamağa çağırır və uşaqların yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli olduğunu xatırladır", FHN-in məlumatında deyilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR