Azərbaycanda anbar qazıyan şəxs bütün rayonun rabitəsini kəsdi

Biləsuvar və cənub rayonlarının rabitəsi kəsilib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb qazıntı işi aparılarkən magistral xəttin zədələnməsi olub.

Belə ki, Biləsuvar şəhəri, Azadlıq küçəsinin sakini mənzili üçün küçədə anbar qazıntısı apararkən ərazidən keçən, Biləsuvar və cənub rayonlarını rabitəsinə xidmət edən magistral xətti zədələyib.

Hazırda Biləsuvar Telekomnukasiya Qovşağının kollektivi, səhər saatlarında baş verən qəzanın aradan qaldırmaqçün çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı