Ağstafa rayonunun Köhnə Qışlaq kəndində dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

Metbuat.az-ın məlumatına görə, kənd sakini, 1985-ci il təvəllüdlü Emin Tağıyev yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Mərhumun meyiti yaxınları tərəfindən aşkarlanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.