“Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.

Metbuat.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” ilk oyununa Cəbəllütariqdə çıxacaq. Qurban Qurbanovun komandası yerli “Linkoln”la qarşılaşacaq.

Start fiti Bakı vaxtı ilə saat 19:30 veriləcək görüşü latviyalı hakimlər briqadası idarə edəcək.

Komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
11 iyul

“Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan)
“Viktoriya” stadionu. Baş hakim: Vitalijs Spasjonnikov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR