Dünyanın ən yaxşı məşqçilərinin reytinqi açıqlanıb.

Metbuat.az xəbər verir ki, 500 baş məşqçinin olduğu siyahıda yeganə Azərbaycan təmsilçisi Qurban Qurbanov yer alıb.

Ağdamın “Qarabağ” klubunun baş məşqçisi son 4 ilin nəticələrinə əsasən tərtib olunan reytinq cədvəlində 199-cu pillədə qərarlaşıb. Əlli bir yaşlı mütəxəssisin hesabında 1595 xal var.

Qurban Qurbanov ötən siyahı ilə müqayisədə beş pillə irəliləyib.

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir.