Azərbaycanda həkim faciəvi şəkildə vəfat etdi - FOTO

Abşeron rayonunda həkim intihar edib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Sarvan İbrahimov yaşadığı Masazır qəsəbəsi Abşeron Gənclər şəhərciyindəki mənzildə çoxsaylı dərman həbləri qəbul edib.

O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, vəfat edib.

S.İbrahimovun stomatoloq kimi fəaliyyət göstərdiyi bildirilir.

Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı