Messi "Qalatasaray"ın planlarını pozdu - FOTO

"Qalatasaray"la adı hallanan "Libertad"ın futbolçusu Dieqo Qomez "İnter Mayami"yə transfer olub.

Metbuat.az xəbər verir ki, ABŞ komandası futbolçunun tələb etdiyi şərtləri qəbul edib. Məlumata görə ABŞ klubu transfer üçün “Libertad”a 2,7 milyon avro ödəyib. Paraqvay mətbuatınının məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi "Qalatasaray"a transfer olmaq istədiyini bildirmişdi. Xəbərə görə, paraqvaylı futbolçu karyerasında səs-küy yaratmaq üçün "Qalatasaray"ı seçmək istəyirdi. İddialara görə, Lionel Messinin "İnter Mayami"də olması futbolçunun bu kluba getməsinə səbəb olub.

Qeyd edək ki, ötən mövsüm 22 oyuna çıxan Dieqo Qomez 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Paraqvay Milli Komandasına da seçilən Qomez peşəkar futbolçu karyerasında 48 oyun keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR