İnstaqram yazışmalara məhdudiyyət tətbiq etdi

İnstaqram yazışmalara məhdudiyyət tətbiq edib.

Bu barədə Metbuat.az "TechCrunch"a istinadən xəbər verir. Belə ki, bir-birini izləməyən hesablar yalnız bir ismarış göndərə bilər. Nəşrin məlumatına görə, daha çox ismarış göndərmək yalnız istifadəçi sorğunu qəbul etdikdə mümkün olacaq.

Bundan əlavə, istifadəçilər bir-birini izləməsələr, o zaman onlar yalnız mətn ismarışları göndərə biləcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR