“Sabah” – “Partizan” oyununa satılan biletlərin sayı açıqlandı

“Sabah”ın bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Serbiya klubu “Partizan”a qarşı keçirəcəyi ev oyununa 5000 bilet satılıb.

Metbuat.az xəbər verir ki, bu barədə klubdan bildirilib.

Bildirilib ki, bilet satışı hazırda davam edir. Azarkeşlər biletləri matçın oynanılacağı “Bank Respublika Arena”nın kassasından, həmçinin, “İticket”in satış məntəqələrindən və onlayn saytından əldə edə bilərlər.

Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR