Gələn aydan bu məhsullar bahalaşacaq - SƏBƏB

Gələn aydan etibarən bəzi məhsulların qiyməti bahalaşa bilər.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qiymət artımı əsasən ərzaq məhsullarında gözlənilir. Onun sözlərinə görə, yay mövsümü bitəndən sonra bazarda qiymətlərlə bağlı dəyişklik qaçılmaz olacaq.

“Bir sıra yerli kənd təsərrüfatı məhsullarının bahalaşacağı da proqnozlaşdırılır”.

Mərkəzin sədri qeyd edib ki, azərbaycanda daxili bazar daha çox idxal olunan məhsullardan formalaşır. Buna görə də, qiymətləri sabit saxlamaq qeyri-mümkün olur.

Akif Nəsirli əlavə edib ki, kəskin bahalaşmanın qarşısını almaq üçün süni qiymət artıma qarşı adekvat tədbirlərin görülməsi vacibdir.

Daha ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR