Naxçıvanda 5 rəis işdən çıxarıldı - Yeni təyinatlar

Naxçıvan şəhərində yerləşən 5 Mənzil İstismar İdarəsinin rəisi vəzifədən azad olunub.

Metbuat.az xəbər verir ki, bununla bağlı Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan şəhər 1 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Firuz Əsədov, Naxçıvan şəhər 2 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Abasət Vəliyev, Naxçıvan şəhər 3 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Orxan Hüseynov, Naxçıvan şəhər 5 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Xətai Məmmədov və Naxçıvan şəhər 6 nömrəli Mənzil İstismar İdarəsinin rəisi İlqar Fərəcov işdən çıxarılıb.

Mirsənani Seyidovun digər sərəncamı ilə bu vəzifələrə müvafiq olaraq həmin vəzifələrə Vasif Qasımov, Bağır Abbasov, Mirələsgər Seyidov, Sabir Kərimov və Cəsarət Məhərrəmov təyinat alıblar.

Bundan əlavə, Naxçıvan şəhər 4 nömrəli Mənzil İstismar İdarəsinin rəisi vəzifəsinə isə Ayxan Məmmədov təyin olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı