"Qarabağ" Avropa Liqasının qrupunda

"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb.

Metbuat.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offun cavab oyununda Sloveniya "Olimpiya"sını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Azərbaycan təmsilçisnin heyətində Toral Bayramov 24-cü dəqiqədə penaltidən fərqlənərək hesabı açıb. Qonaqlarda Dioqo Pinto 36-cı dəqiqədə tarazlığı bərpa edib.

Səfərdəki görüşdə rəqibini iki cavabsız qolla üstələyən "köhlən atlar" Avropa Liqasında qrup mərhələsinə yüksəlib.

Ölkə çempionunun qrupdakı rəqibləri sentyabrın 1-də bəlli olacaq.

***

Bakıda "Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

Metbuat.az-ın məlumatına görə, hazırda hesab bərabərdir - 1:1.

Azərbaycan təmsilçisinin heyətində Toral Bayramov 24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Qonaqlarda isə Dioqo Pinto 36-cı dəqiqədə tarazlığı bərpa edib.

***

Bakıda "Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci qol vurulub.

Metbuat.az-ın məlumatına görə, qonaq komanda 36-cı dəqiqədə hesabı bərabərləşdirib.Rəqibin oyunçusu Dioqo Pinto fərqlənib.

***

Bakıda "Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.

Metbuat.az-ın məlumatına görə, 24-cü dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Toral Bayramov penaltini dəqiq yerinə yetirib./

***

UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" da cavab matçında çıxıb.

Ağdam klubu Bakıda Sloveniya "Olimpiya"sını qəbul edir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayıb.

"Qarabağ" səfərdə keçirilən ilk görüşdə 2:0 hesablı qələbə qazanıb ki, bu da qrup mərhələsinə gedən yolda Qurban Qurbanovun komandasına üstünlük verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR