"İddialı qrupa düşdük" - Qurbanov püşkü dəyərləndirdi

"İddialı və maraqlı qrupa düşmüşük".

Metbuat.az "Qol.az"a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Ağdam təmsilçisi "Bayer" (Leverkuzen, Almaniya), "Molde" (Norveç) və "Hakken"lə (İsveç) birlikdə H qrupunda yer alıb. Q.Qurbanov isə püşklə bağlı bunları söyləyib:

Təsnifat mərhələlərində qarşılaşdığımız komandalar da təhlükəli idi. Qrup mərhələsinə qədər gəlməyimiz heç də asan deyildi. Qrupda asan rəqiblər olmur. "Bayer" top "5-lik" ölkəsinin komandasıdır. "Molde" və "Haken" də avrokubok təcrübəsinə malik klublardır və iddialıdırlar. Rəqiblərlə yaxın günlərdə daha yaxından tanış olacağıq. İstənilən halda, şanslarımızdan düzgün istifadə edəcəyik. Yaxşı nəticələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik. Bir sözlə, qarşıda bizi maraqlı oyunlar gözləyir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR