3 sentyabr saat 20:35 radələrində Kürdəmir stansiyasından 14 km cənubda - Kürdəmir rayonunda baş vermiş zəlzələdən dərhal sonra “Azərbaycan Dəmir Yollarə” QSC-nin (ADY) ərazidəki infrastruktur obyektlərinə texniki baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb.
Metbuat.az xəbər verir ki, bu barədə ADY-dan məlumat verilib. aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəymədiyi məlum olub.
“Yük qatarlarının hərəkəti tam bərpa edilib. Sərnişin qatarları da hazırda qrafik üzrə hərəkət edir”, - məlumatda qeyd olunur.