30 il əvvəl şəhid olan hərbçinin meyitinin qalıqları Füzulidə dəfn edildi - FOTO / VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan Ordusunun döyüşçüsü Əli Hüseynovun meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonunda dəfn olunub.

Metbuat.az xəbər verir ki, şəhid rayonun Araz Yağlıvənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.


15:28

Edillidə meyitinin qalıqları tapılan, "Ujas" ləqəbi ilə tanınan, dövrünün tanınmış döyüşçüsü Əli Hüseynov bu gün doğulduğu Füzuli rayonunda torpağa tapşırılacaq.

Metbuat.az xəbər verir ki, şəhidin cənazəsi kiçik qardaşının Beyləqan rayonu, Daşburun qəsəbəsindəki evindən götürülərək Füzuliyə gətirilib.

Şəhid rayonun Araz Yağlıvənd qəbristanlığında valideynlərinin yanında dəfn ediləcək.

Qeyd edək ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb. Ekspertiza nəticəsinə meyit qalıqlarından birinin Əli Hüseynova məxsus olduğu təsdiqlənib.

Gülər Seymurqızı



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR