Nəqliyyat vasitələri və ehtiyat hissələrinin idxalı artıb

2023-ilin yanvar-avqust ayları ərzində Azərbaycana 1 mlrd. 706 mln. 887.21 min dollar dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib.

Metbuat.az Dövlət Gömrük Komitəsinin yaydığı hesabata istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 57.8% və ya 625 mln. 78 min dollar çoxdur.

Qeyd edək ki, hesabat dövründə idxal edilən nəqliyyat vasitələri və onların hissələrinin dəyəri Azərbaycanın ümumi idxalının 15,31%-ni təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR