"Real"ın təklifini rədd edən qolkiper bu klubu seçdi

"Mançester Yunayted"də 10 ildən artıqdır ki, oynayan ispan qolkiper David de Xea yeni komandası ilə müqavilə bağlamaq üzrədir.

Metbuat.az xəbər verir ki, David de Xeanın La Liqa komandalarından olan "Real Betis"ə transfer oluna biləcəyi irəli sürülüb.Azad agent olduqdan sonra adı "Bavariya" ilə hallanan, Tibo Kurtuanın zədəsindən sonra "Real Madrid"in gündəmində olan De Xea bu klublarla razılığa gələ bilməyib. “Manchester Evening News”in xəbərinə görə, "Mançester Yunayted" David de Xeanın oyunundan məmnun olmadığı üçün onunla müqavilə imzalamayıb.

Qeyd edək ki, Ser Aleks Ferqyusonun rəhbərliyi altında "Mançester Yunayted"ə transfer olunan De Xea İngiltərə komandasının Premyer Liqada son çempionluğunda qapıda olan qlokiper kimi tarixə düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR