Bakıda Asiya Parlament Assambleyasının komitə iclası keçirilir

Milli Məclisdə Asiya Parlament Assambleyası (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitənin iclası keçirilir.

Metbuat.az xəbər verir ki, iclasda bir sıra qətnamə layihələrinin müzakirəsi gözlənilir.

Belə ki, iclasda “Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsi qorunması istiqamətində tədbirlər haqqında”, “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə Asiya inteqrasiyası haqqında”, Asiyada səhiyyə bərabərliyi üzrə əməkdaşlıq haqqında”, “Asiya parlamentariləri korrupsiyaya qarşı”, “APA qadın parlamentariləri haqqında” qətnamə layihəsi və digər bir sıra qətnamələrə baxılacaq.

İclasda Milli Məclisin sədri Sahibə Qafarova, Bəhreyn, Fələstin, İndoneziya, İran, İraq, Kamboca, Küveyt, Pakistan, Qazaxıstan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tayland, Tacikistan, Türkiyə və Asiya Parlament Assambleyasının Katibliyinin nümayəndə heyəti iştirak edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR