“Mançester"də üsyan - Azarkeşlər türk futbolçunu istəyir

“Mançester Yunayted”in ardıcıl məğlubiyyətlərindən sonra azarkeşlər oyunçuları tənqid ediblər.

Metbuat.az xəbər verir ki, tənqid edilən futbolçular arasında klubun qapıçısı Onana da var. Son 5 oyunda 14 qol buraxan “Mançester Yunayted” son 5 oyunun ikisində qalib gəlib. Azarkeşlər qapıçının dəyişdirilməsi barədə çağırış ediblər. Mövsümün əvvəlindən qapını qoruyan Andre Onananın zəif çıxışından sonra “Mançester Yunayted” azarkeşləri Onananın yerinə Altay Bayındırın meydana çıxmasını istəyirlər.

Qeyd edək ki, Çempionlar Liqasının qrup oyununda səfərdə “Bavariya” ilə qarşılaşan “Mançester Yunayted” 3-4 hesabı ilə məğlub olub. “Bavariya”nın vurduğu ilk qolda Onana səhv edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR