UEFA Avropa Liqası: "Qarabağ" Almaniya klubu ilə qarşılaşacaq

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Metbuat.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Almaniyada "Bayer 04"ün qonağı olacaq.

"Bay Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Görüşü rumıniyalı Horatsiu Fesnikin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. H qrupunun digər matçında "Molde" Norveçdə İsveçin "Hakken" komandasını qəbul edəcək.

Qeyd edək ki, "Bayer 04" və "Qarabağ" əvvəlki iki oyunda qələbə qazanıblar və 1-2-ci yerləri bölüşdürürlər. Qrupdakı digər iki kollektivin isə xalı yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR