Ailəyə hücum edən şəxs evi də yandırıbmış - YENİ DETALLAR

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən ağır vəziyyətdə olan Türkiyə vətəndaşı 1985-ci il təvəllüdlü Sərkan Karakaş Bakıdakı özəl tibb müəssisələrindən birinə köçürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.

1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Vəziyyətləri orta ağırdır.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.

16:56

Sumqayıtda evə silahlı hücumla bağlı daha bir maraqlı məqam üzə çıxıb.

İTV-yə danışan qonşu Rövşən Novruzov bildirib ki, səsə evdən bayıra çıxıb. R.Novruzov qonşusu Dağbəyi Fərəcovun yıxıldığını görüb:

“D.Fərəcov dedi ki, təcili yardım çağırın. Biz gələndə evə hücum edən şəxs evi də yandırmışdı”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı