3 türk ölkəsi güclərini birləşdirir - Türkiyə hərəkətə keçdi

Türkmənistanın Türkiyə ilə Azərbaycan arasındakı ticarət dəhlizinə qoşulması üçün Prezident Sərdar Berdiməhəmmədova təklif irəli sürülüb.

Metbuat.az xəbər verir ki, Türkiyənin Aşqabaddakı səfiri Toqan Oral belə deyib. Paytaxt Aşqabadda keçirdiyi mətbuat konfransında səfir Oral Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Türkiyəyə rəsmi səfərini və iki ölkə arasındakı əlaqələri dəyərləndirib:

"Bu 3 qardaş ölkə arasında xüsusilə yüksək texnologiyalar sahəsində aparılan tədqiqat və inkişaf fəaliyyətlərinin bu mövzuda əməkdaşlığın inkişafına ciddi töhfə verəcəyini düşünürük. Prezident Rəcəb Tayyib Ərdoğanla Berdiməhəmmədov arasında keçirilən görüşdə Türkmənistanın zəngin qaynaqlarının Türkiyə üzərindən həm Türkiyəyə, həm də dünya bazarına çatdırılması üçün lazımi işlərin ən qısa zamanda tamamlanacağına dair gözləntilər ifadə edilib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR