AZAL Bakıdan İslamabada uçuşlara başladı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Pakistanın paytaxtı İslamabada və əks istiqamətdə uçuşlara başlayıb.

Metbuat.az xəbər verir ki, ilk aviareys noyabrın 1-də baş tutub.

Bakıdan İslamabada uçuşlar hər həftənin çərşənbə və şənbə günləri, saat 21:30-da həyata keçiriləcək.

Xatırladaq ki, hazırda AZAL Pakistanın Lahor şəhərinə də aviareyslər yerinə yetirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR