"Real"dan sürpriz həmlə - 70 milyon ödəməyə hazırdır

"Real Madrid"in transfer hədəfində "Bavariya"nın ulduzu Alfonso Davies var.

Metbuat.az xəbər verir ki, bu barədə İtalyan insayder Fabrizio Romano məlumat verib. O bildirib ki, “Real” transfer siyahısında olan kanadalı ulduz Davies üçün hərəkətə keçib. Bildirilir ki, “Real” bundan əvvəl də futbolçunu transfer etməyə cəhd göstərib.

Qeyd edək ki, 23 yaşlı sol cinah müdafiəçisinin "Bavariya" komandası ilə 2025-ci ilə qədər müqaviləsi var. Onun transfer dəyərinin 70 milyon avro olduğu deyilir. Lakin "Bavariya" futbolçu üçün daha çox pul tələb edə bilər. Bu mövsüm "Bavariya"nın heyətində 18 rəsmi oyuna çıxan Alfonso 3 məhsuldar ötürmə verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR