“Bavariya”dan ulduz futbolçu üçün 70 milyonluq təklif

“Bavariya” “Barselona”nın müdafiəçisi Araujonu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Bavariya”nın məşqçisi Tomas Tuxel müdafiəçinin böyük pərəstişkarıdır və onun Allianz Arenada oynamasını istəyir. Xəbərdə qeyd edilir ki, Araujo debütündən bəri “Barselona” komandasının vacib üzvünə çevrilib və hazırda Avropanın ən yaxşı mərkəz müdafiəçilərindən biri kimi qəbul edilir. Bildirilir ki, “Bavariya” müdafiəçi üçün 70 milyon avro təklif edə bilir. Məlumata görə, “Barselona” da müdafiəçi ilə müqaviləni uzatmaq istəyir.

Qeyd edək ki, uruqvaylı futbolçu Sergi Roberto və Mark Andre ter-Ştegendən sonra klubun üçüncü kapitanıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR