Orxan Fikrətoğluna yüksək vəzifə verildi

Yazıçı-jurnalist Orxan Fikrətoğlu Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən təyin olunub.

Metbuat.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

O, artıq vəzifəsinin icrasına başlayıb.

O.Fikrətoğlu eyni zamanda mədəniyyət nazirinin müşaviri vəzifəsini tutur.

Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyinin bundan əvvəlki baş direktoru kinorejissor Rüfət Həsənov idi. O, işdən çıxmaqla bağlı ərizə yazmışdı. Sentyabrın 11-də onun ərizəsi qəbul olunub


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR