Menecerlər "Qarabağ" üçün bu ölkələrdən futbolçu axtarır

Bildiyiniz kimi, "Qarabağ" Avropa Liqasında pley-offa vəsiqə qazanıb.

Metbuat.az "Offsideplus.az"a istinadən xəbər verir ki, "köhlən atlar" indidən heyətini gücləndirmək haqda düşünür. Ağdam təmsilçisi futbolçu axtarışlarına başlayıb. Qurban Qurbanovun ilk istəyi sol ayaqlı sağ cinah vingeridir. Menecerlər Belçika, Niderland, Portuqaliya, Fransa, İspaniyanın əsas və ikinci liqalarında çıxış edən futbolçuları nəzərdən keçirirlər.

Maraq üçün bildirək ki, Qurban Qurbanov komandaya mərkəz müdafiəçisinin cəlb edilməsini istəmir. Düzdü, Kevin Medina 3 aylıq sıradan çıxıb. Lakin təcrübəli mütəxəssis Bəhlul Mustafazadə, Bədavi Hüseynov və Rahil Məmmədovun performansından razıdır. Məhz bu səbəbdən də yeni mərkəz müdafiəçisinin transfer edilməsinə ehtiyac duymur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR