Bakıda "məni bağışla, şef" yazıb müdirinin kassasını oğurladı

Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən "Baku Cafe" restoranında təmizlikçi kassanı sındıraraq pulları oğurlayıb.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, restoranda təmizlikçi işləmiş 1981-ci il təvəllüdlü Şuşa sakini Kənan (ad şərti) adlı şəxs maddi sıxıntıları səbəbindən oğurluq edib.

Bu məqsədlə o, gecə saat 4 radələrində işdə olarkən kafedəki seyfi sındırıb, oğurluq etmək fikrinə gəlib. Kənan balta ilə bir neçə zərbə vurmaqla seyfin qapısını qırıb və içərisində olan 4550 manat pulları götürüb.

Ordan çıxdıqdan sonra "WhatsApp" mobil tətbiqindən müdirinə mesaj yazaraq törətdiyi əməli etiraf etdib: "Şef salam. Siz özəl insansınız, mərdliyinizə və kişiliyinizə sonsuz güvənirəm, sizə hörmətim böyükdür. Ona görə sizə yazdım. Mənim içəridə-çöldə elə bir problemim var ki, məcburiyətdən belə bir iş görmüşəm. Kassadan pul götürmüşəm. Çox çıxılmaz vəziyyətdə idim. Onu bilin ki, sizinlə 3-4 aya görüşəcəm. Görüşüb götürdüyüm pulları verəcəm. Məni bağışlayın, şef".

Məhkəmənin hökmü ilə Kənan Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı