Mbappe uğrunda "El Klasiko" - "Barselona" "Real"ın planını alt-üst etdi

Avropa Superliqasının yaradılmasına icazə verilməsinin ardından liqanın qurucu klublarından olan "Barselona" artıq transfer fəaliyyətinə başlayıb.

Metbuat.az xəbər verir ki, Avropa Superliqasının yaranması ilə gəlirlərinin artacağını hesab edən "Barselona" diqqətini bahalı futbolçulara yönəldib. Məlumata görə, "Barselona" adı "Real Madrid"lə hallanan, lakin transferi reallaşmayan Kilian Mbappeni heyətinə qatmaq üçün hərəkətə keçib. Bildirilir ki, bu transferin baş tutması üçün "Barselona" Avropa Superliqasının qurulması üçün danışıqları intensivləşdirəcək və liqa qurulduqdan sonra gələcək gəlirlə ulduz futbolçunun transferini tamamlayacaq.

Bu mövsüm PSJ-nin heyətində 22 oyuna çıxan Kilian Mbappe 21 qol vurub, 2 məhsuldar ötürmə edib. Mbappenin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR