UEFA Çempionlar Liqasının qrup mərhələsinin rəmzi komandasını açıqlandı

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının 2023/2024 mövsümünün qrup mərhələsinin rəmzi komandasını təqdim edib.

Metbuat.az xəbər verir ki, komandaya İngiltərənin “Arsenal”, Almaniyanın “Borussiya" (Dortmund) və İspaniyanın “Real Sosyedad” klublarının hər birindən iki futbolçu daxil edilib. Komandada həmçinin "Bavariya", "Portu", "Barselona", "Mançester Siti" və "Real"dan bir oyunçu yer alıb.

2023/2024 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin rəmzi komandası belədir:

Qapıçı - Qreqor Kobel (“Borussiya”, Dortmund)

Müdafiəçilər - Joao Kanselo (“Barselona”), Mats Hummels (“Borussiya”, Dortmund), Ayen Munos (“Real Sosyedad”)

Yarımmüdafiəçilər - Bukayo Saka (“Arsenal”), Fil Foden (“Mançester Siti”), Cud Bellinqem (“Real”), Bris Mendes (“Real Sosyedad”), Venderson Qaleno (“Portu”)

Hücumçular - Harri Keyn (“Bavariya”), Qabriel Jezus (“Arsenal”).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR