“Gördüm zəhləmi tökür, nişanlımdan ayrıldım”

“Gördüm zəhləmi tökür, nişanlımdan ayrıldım”
17:21 19 Yanvar 2015
200 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Şəbnəm Tapdıq ideal kişi obrazını açıqlayıb.

Axşam.az-ın məlumatına görə, “Düzünü desək” verilişinin qonağı olan ifaçı ürəyincə bir kişi olmadığı üçün ailə qurmadığını deyib:

“Mənim üçün deyirlər ki, ərə getmir, “gəzir”. Mən “gəzəyən” deyiləm, ağır xasiyyətim var. Gözəl ailənin qızıyam. Mənim həyat yoldaşım ideal olmalıdır. Cizgiləri xoşuma gəlməlidir, içməməlidir, çəkməməlidir. Mənim səviyyəmin, ruhumun adamı olmalıdır. Eləsi yoxdursa, elə ərə getməsəm yaxşıdır. Mənə nə qədər zənglər gəlir, ailə qurmaq istəyirlər. İllər əvvəl bütün qızların gözü qalan adamla nişanlıydım. Hara gedirdik qızlar ona hücum edirdilər. Mən də hara gedirdimsə, məni güdürdü. Gördüm başım ağrıyır, zəhləmi tökür, ondan ayrıldım”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25300

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR