"Real" və "Bavariya" arasında transfer savaşı - Onu almağa çalışırlar

“Real Madrid”in transfer etmək istədiyi Rafael Varan üçün “Bavariya” klubu da hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Bavariya" müdafiə xəttini gücləndirmək üçün "Mançester Yunayted"in futbolçusu üçün təklif irəli sürüb. Bildirilir ki, “Bavariya”nın əsas hədəfi "Barselona"nın müdafiəçisi Ronald Araujodur. Lakin “Bavariya” Ronald Araujonu indi transfer edə bilməyəciyini hesab edir. Məlumata görə, "Mançester Yunayted"də start 11-likdə yerini itirdikdən sonra Varan da klubdan ayrılmaq istəyir. Bildirilir ki, David Alaba və Eder Militaonun zədələnməsi səbəbilə “Real Madrid” də Rafael Varanı transfer etməyə çalışır.

Qeyd edək ki, “Real Madrid”də keçirdiyi 10 ildə dörd Çempionlar Liqası titulunu qazanan Rafael Varan 2021-ci ildə İspaniya komandasından "Mançester Yunayted" transfer olub. Onun "Mançester Yunayted"lə müqaviləsi mövsümün sonunda başa çatır. Bu mövsüm Premyer Liqada 10 matçda iştirak edən Varan "Liverpul" və "Aston Villa" ilə son matçlarda start 11-də yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR