“ƏDV-ni geri al” vergiyə cəlb ediləcək?

Bu gündən etibarən “ƏDV-ni geri al” mexanizmi üzrə əldə edilən gəlirlər vergiyə cəlb edilməyəcək.

Metbuat.az xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması qanuniləşib.

Qeyd edək ki, ƏDV-nin geri qaytarılması layihəsi üzrə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i geri qaytarılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR