Xaçmaz şəhərinin böyük hissəsi işıqsız qaldı

Xaçmaz şəhərinin böyük hissəsi işıqsız qalıb.

Metbuat.az xəbər verir ki, H.Z.Tağıyev küçəsində "Ford" markalı yük avtomobili işıqforda idarəetməni itirərək kommunikasiya dirəklərinə çırpılıb. Nəticədə xəsarət alan olmasa da, Xaçmaz şəhərinin böyuk bir hissəsi işıqsız və internetsiz qalıb.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən iş aparılır.

Faktla bağlı araşdırmaya başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR