İtkin düşən azərbaycanlı həkimin acı xəbəri gəldi - TƏFƏRRÜAT

Rusiya Tibb Elmləri Akademiyasının ak. N.N.Burdenko adına Neyrocərrahiyyə Elmi-Tədqiqat İnstitutunun həkimi, həmyerlimiz Amid Omarov vəfat edib.

Metbuat.az olke.az-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü mütəxəssis əvvəlcə itkin düşüb. Sonradan onun Mayamidə qəfildən vəfat etdiyi məlum olub.

Yaxınları deyir ki, işlə əlaqədar sözügedən ölkədə olduğuna görə Mayamidəki icmaların heç biri onu tanımayıb. ABŞ-də onun qohum və tanışlarını tapa bilməyiblər. Cəsəd meyitxanada qalıb.

“140-dan artıq pul köçürmələri baş tutdu. İnternet vasitəsilə yığılmış pul vəsaiti, diasporun ayırdığı büdcə və mərhumun qohum və yaxınlarının etdikləri yardım nəticəsində lazımi məbləğ toplanıb. Yaxın zamanda sənədlələşmə işləri bitdikdən sonra cəsədi Azərbaycana yola salacağıq”, - deyə bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı