Bu gün səs verənlər arasında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov da olub.

Metbuat.az "Azərtac"a istinadən xəbər verir ki, tanınmış mütəxəssis 17 saylı Yasamal üçüncü seçki dairəsinin 2 saylı seçki məntəqəsinə gələrək öz namizədinə səs verib. O qeyd edib:

"Bu anı uzun zamandır gözləyirdik. Öz seçimimi etdim. Buraya gəlib səs verən hər kəs çox istəklidir, onların Vətənə sevgisi hiss olunur. Mən də bu ölkənin bir vətəndaşı kimi sevə-sevə öz səsimi verdim".

Qurban Qurbanov da səs verdi -

Qurban Qurbanov da səs verdi -

Seyranə Quliyeva / Metbuat.az